hia.az
hia.az

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

21 dəfə baxılıb 24-01-2026, 12:03

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

ABŞ-nin Alyaska ştatında buzlu yolla daşınma zamanı "Doyon 26" qazma qurğusu - Şimali Amerikanın ən böyük mobil quruda qazma qurğularından biri aşıb.

Bu barədə Alyaska qubernatoru Mayk Danlivi "X" sosial şəbəkəsində bildirib.

"Mənə "Doyon 26" qazma qurğusunun daşınma zamanı aşdığı barədə məlumat verilib və mən "ConocoPhillips" rəhbərliyi ilə əlaqə saxlamışam. Kiçik yanğın baş verib, lakin ilkin məlumatlara görə, ətraf mühitə ziyan minimaldır, neft infrastrukturu və obyektləri zərər görməyib", - o yazıb.

M.Danlivinin sözlərinə görə, hadisə yerinə mütəxəssislər qrupu çatıb, hazırda qurğunun qaldırılması planı hazırlanır.

"Vəziyyəti qiymətləndirdikcə daha çox məlumat əldə edəcəyik", - qubernator qeyd edib.

Yerli KİV hadisənin axşam yanvarın 23-ü baş verdiyini bildirib.

Qazma qurğusu 4,5 min tondan çoxdur və sərt Arktika şəraitində son dərəcə böyük məsafələrdə qazma aparmaq üçün nəzərdə tutulub. "Doyon Drilling" və "ConocoPhillips" arasında 2011-ci ildə başlayan əməkdaşlıq çərçivəsində yaradılan qurğu, 2020-ci ildə Şimal yamaca gedib və Kuparuk yatağının işlənməsi də daxil olmaqla bir sıra layihələrdə əsas rol oynayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi