hia.az

Magistraturaya sənəd qəbulu başa çatır

19 dəfə baxılıb 26-01-2026, 08:14

Magistraturaya sənəd qəbulu başa çatır

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 26 yanvar saat 09:00-a dək 20346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18542; rus bölməsi - 1804).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar iştirak edə bilərlər.

İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi