hia.az
hia.az

Bakıda biznesmen qadına görə qətlə yetirildi

595 dəfə baxılıb 5-10-2016, 11:47

Bakıda biznesmen qadına görə qətlə yetirildiDünən axşam Bakının Xəzər rayonunda odlu silahla qətl hadisəsi törədilib.

parlamentinsesi.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a rayon Polis İdarəsindən bildiriblər.

Cinayətin qurbanı daha öncə məhkum olan 47 yaşlı Binə sakini Məcidov Zakir Məcid oğlu olub. O, öz ərzaq dükanının qarşısında başından iki güllə ilə vurulub. İlkin istintaq zamanı əməliyyatçılar şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər.

Bu qətlə yetirilənin yaxın qohumu, həmin qəsəbədə yaşayan 38 yaşlı Rauf Cəbrayılov olub.

O, Azərbaycanı tərk etməyə hazırlaşırdı, amma çatdırmadı. Dindirilmədə törətdiyi əməli etiraf edib və qohumunu qısqanclıq zəmnində, ailəsinin şərəfini qorumaq üçün öldürdüyünü bildirib. Cəbrayılovun psixi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İstintaq cinayətin törədildiyi silahı – ov tüfəngini müsadirə edib. Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi