hia.az

Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş - Foto

150 dəfə baxılıb 30-01-2023, 17:51

Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş - Foto


Dünən Qəbələ rayonunda Nohurqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan meyitin kimə məxsus olması dəqiqləşib.

Vəhşi heyvanlar tərəfindən parçalanmış və qismən çürüməyə məruz qalmış meyitin Qəbələ şəhər sakini, 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib.

Bildirilib ki, S.Həmidov ötən ilin 30 noyabr tarixindən itkin düşüb və həmin vaxtdan axtarılırmış. 50 yaşlı şəxs Qəbələdə mağaza sahibi kimi tanınıb. Yaxınları onun ölümünün şübhəli olduğunu iddia edirlər.

Faktla bağlı araşdırmalar aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi