hia.az
hia.az

"Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini niyə döyüb? - TƏFƏRRÜAT

31 dəfə baxılıb 23-11-2024, 16:30

"Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini niyə döyüb? - TƏFƏRRÜAT
Bakıda aptekdə baş verən insidentin təfərrüatları məlum olub.


lent.az xəbər verir ki, məlum hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.


Tərəflər arasında mübahisə oranın satıcısı A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişikə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb. A.K hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.


Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.


İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb.


Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb.


Onlar görüşüblər və aralarında mübahisə düşüb. Hər iki şəxs dalaşıblar və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Elnur Cabbarov və Zamin Quliyev ayrı-ayrılıqda polisə bir-birindən şikayət ediblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.


Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi