hia.az
hia.az

Bakının bu ünvanında söküntü başlayır - Sakinlərə 2000 AZN kompensasiya veriləcək

6 dəfə baxılıb 5-09-2023, 10:46

Bakının bu ünvanında söküntü başlayır - Sakinlərə 2000 AZN kompensasiya veriləcək


Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.

Parlamentinsesi.az xəbər verir ki, baku.ws-in əldə etdiyi məlumata görə, söhbət "Təzəpir" məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.

Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.

Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq propektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi