hia.az
hia.az

Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

4 dəfə baxılıb 20-12-2025, 09:33

Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

ABŞ-nin Nyu-Cersi ştatında iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

Bu barədə "New Jersey Transit" korporasiyasının nümayəndəsi bildirib.

"Cümə günü axşam Monkler-Bunton xəttində iki qatar toqquşub", - məlumatda qeyd edilib.

Qəza nəticəsində 17 nəfər yüngül xəsarətlər alıb.

Hazırda Nyu-Cersi nəqliyyat şirkətinin polisi hadisənin baş vermə şəraitini araşdırır. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Monkler-Bunton xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi