hia.az
hia.az

Azərbaycan benzini Ermənistana ÇATDI

4 dəfə baxılıb 19-12-2025, 13:26

Azərbaycan benzini Ermənistana ÇATDI


Azərbaycadan 1300 ton Aİ-95 benzini (yüksək oktanlı yanacaq) daşıyan yük qatarı Gürcüstan-Ermənistan sərhədini keçib.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial mediada bildirib.

Dünən Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev arasında 28 noyabrda Qəbələdə keçirilən görüşdə əldə edilən razılaşmalara uyğun olaraq, SOCAR neft məhsullarının ilk partiyasını daşıyan 22 vaqonlu yük qatarının Azərbaycandan Ermənistana yola düşdüyü bildirilmişdi.

G.Papoyan 22 vaqon benzinin artıq Ermənistan tərəfində olduğunu söyləyib.

Nazirin sözlərinə görə, bu, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından (8 avqust tarixli Vaşinqton Sazişlərinə istinadla - red.) bəri ilk ticarət-iqtisadi müqavilə deyil, həm də iki ölkə müstəqillik qazandıqdan bəri ilk belə müqavilədir.

Qeyd etmək lazımdır ki, yanacaq Bakıdan dəmir yolu xətti ilə Gəncəyə, daha sonra Böyük Kəsikdən keçərək Gürcüstan sərhədinə (təxminən 500 km), oradan Qardabanidən Tbilisiyə və daha sonra Ermənistan sərhədinə (Sadaxlı-Ayrım) çatdırılb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi