hia.az
hia.az

Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

4 dəfə baxılıb 19-12-2025, 08:40

Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

16 saatlıq görüşdən sonra Avropa İttifaqı (Aİ) liderləri Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyini təsdiqləyiblər.

Liderlər bu dəfə də Ukrayna üçün Avropadakı dondurulmuş Rusiya aktivlərindən istifadə etmək məsələsində razılığa gələ bilməyiblər.

Aİ sammitinin sədri Antonio Kosta saatlarla davam edən danışıqlardan sonra sosial mediada yazıb ki, 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq dəstək vermək qərarı təsdiqlənib.

Kosta bu vəsaitlərin mənbəyini dəqiqləşdirməyib, lakin “Reuters” sammitin yekun layihəsinə istinadən bildirib ki, vəsaitlər Aİ büdcəsi ilə təmin edilən kapital bazarlarından borclanma yolu ilə toplanacaq.

Sənəddə həmçinin bildirilir ki, müqavilə Ukraynanın maliyyələşdirilməsində iştirak etmək istəməyən Macarıstan, Slovakiya və Çexiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi