hia.az

Nazir: "Üzgüçülük hamı üçün" layihəsinin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaqdır"

20 dəfə baxılıb 20-12-2025, 13:03

Nazir: "Üzgüçülük hamı üçün" layihəsinin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaqdır"


"Üzgüçülük hamı üçün" layihəsinin keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzininin təbliğini aparmaqdır.

Bunu gənclər və idman naziri Fərid Qayıbov sözügedən yarışın açılış mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.

O, yarışın keçirilməsinin əhəmiyyətindən danışıb:

"Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzininin təbliğini aparmaqdır. "Üzgüçülük hamı üçün" layihəsi artıq dördüncü dəfə təşkil edilir. Yarışda həvəskar idmançıların da çıxış etdiyini xatırladaq. Bölgələrdəki hovuzlarda uğur qazanmış idmançılar 1 ay sonra finalda mübarizə aparacaqlar. Sevindirici haldır ki, artıq üçüncü dəfə qardaş ölkə Türkiyədən olan idmançılar da yarışda iştirak edirlər. Arenadan da göründüyü kimi, yarışa maraq yüksəl səviyyədədir".

Qeyd edək ki, yarışda 9–10 yaş, 11–12 yaş, 13–14 yaş, 15–16 yaş, 17–19 yaş, 20–24 yaş, 25–29 yaş, 30–34 yaş, 35–39 yaş, 40–44 yaş, 45–49 yaş, 50–54 yaş, 55–59 yaş və 60 yaşdan yuxarı, ümumilikdə 1551 iştirakçı mübarizə aparır. Yarışlar Bakı şəhəri və regionlarda yerləşən ümumilikdə 37 üzgüçülük hovuzunda keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi