hia.az

Əməkdar artist yeni vəzifəyə təyin olundu

33 dəfə baxılıb 29-11-2025, 09:45

Əməkdar artist yeni vəzifəyə təyin olundu

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Əməkdar artist Əyyub Quliyev təyin olunub.

Məlumat Ə.Quliyevin sosial şəbəkə hesabında yayılıb.

Əyyub Quliyev 1984-cü ildə anadan olub.

2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.
2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə təhsil alıb.
2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsilini davam etdirib.
2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.
2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, Əyyub Quliyev oktyabr ayında dünyasını dəyişən məşhur tarzən, Xalq artisti Ramiz Quliyevin oğludur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi