hia.az
hia.az

Gənclərə güzəştli kreditlərin verilməsi qaydası dəyişdi

105 dəfə baxılıb 2-08-2023, 13:54

Gənclərə güzəştli kreditlərin verilməsi qaydası dəyişdi


Gənclər Fondunun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Mərkəzi Bankının lisenziya verdiyi və Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Fond kredit götürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Mərkəzi Banka müraciət etmək hüququna malikdir.

Fond bu müraciəti etdikdə Mərkəzi Bank fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni araşdırır və nəticəsi barədə Fonda məlumat verir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi