hia.az

Danışıqlarda İranı onlar təmsil edəcək

9 dəfə baxılıb 9-04-2026, 18:05

Danışıqlarda İranı onlar təmsil edəcək

İran və ABŞ arasında Pakistanda keçirilməsi planlaşdırılan tarixi danışıqlarda Tehranı təmsil edəcək yüksək səviyyəli nümayəndə heyətinin tərkibi məlum olub.

İran tərəfindən danışıqlarda ölkənin ən nüfuzlu siyasi və hərbi simaları iştirak edəcək.

Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Seyid Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daxildir.

Kanalın məlumatına görə, xüsusilə Məhəmməd Baqer Zülqədrin heyətdə yer alması diqqət çəkir. Belə ki, o, İsrail-ABŞ-nin birgə əməliyyatı zamanı həlak olan Əli Laricanini əvəzləyərək bu vəzifəyə yeni təyin edilib və SEPAH-ın veteran komandirlərindən biri hesab olunur.

Qeyd edək ki, nümayəndə heyətlərinin aprelin 10-da İslamabada çatacağı, birbaşa danışıqların isə aprelin 11-də (Şənbə günü) başlaması gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi