hia.az

Fidan: Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır

22 dəfə baxılıb 13-04-2026, 11:54

Fidan: Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır

Həm ABŞ, həm də İran atəşkəs mövzusunda səmimidir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyindəki proqramda suala cavabında deyib.

Fidan bildirib ki, tərəflərin razılığı ilə atəşkəs müddətinin uzadılması müzakirə edilə bilər.

XİN rəhbəri günboyu tərəflərlə müntəzəm əlaqə saxladıqlarını da əlavə edib.

O, Hörmüz boğazı ilə bağlı suala cavabında isə Hörmüz boğazından ölkələrin ödəniş etmədən keçməli və keçidə maneə törədilməməli olduğunu qeyd edib:

"Hörmüz boğazı bu münaqişənin yalnız regional deyil, qlobal təsirlərinin də olduğunu göstərir. Hörmüz məsələsinin həlli üçün hər kəs əlindən gələni etməlidir. Türkiyə də həll yolu tapılması üçün əlindən gələni edir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi