hia.az

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

27 dəfə baxılıb 10-04-2026, 17:11

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissədə qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb.

Xüsusi təyinatlı taborlar həyəcan siqnalı ilə qaldırılaraq, müvafiq döyüş tapşırığına uyğun ərazidə onların taktiki fəaliyyətləri, səhra vərdişləri və operativ hazırlıq səviyyələri yoxlanılıb.

Döyüş hazırlığı tədbirlərinin daha səmərəli təşkili, hərbi qulluqçuların peşəkarlığının artırılması və xidmətin müasir dövrün tələblərinə uyğun aparılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi