hia.az
hia.az

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

3 dəfə baxılıb Bu gün, 09:43

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib


Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransında deyib.

Onun sözlərinə görə, bu, sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır:

"DİM artıq universitetə qəbul olmaq üçün seçim mexanizmi olmaqdan çıxıb ədalət infrastrukturunun mühüm elementinə çevrilib. Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Dünyanın ən "ekoloji-təmiz" enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq. Elə mexanizmlər yaratmışıq ki, hər kəs əmin ola bilər ki, onun uğuru öz istedadından, biliyindən və yaradıcı əməyindən asılıdır".

M.Abbaszadə vurğulayıb ki, DİM etibarın yoxlanıla bilən prosedurlara əsaslandığı intellektual infrastruktur qurub:

"Yanaşmamız qlobal dünyada beynəlxalq qiymətləndirmə standartları ilə inteqrasiya sayəsində qəbul edilmiş bir modelə çevrilib. Hər il 15 milyondan çox elektron xidmət göstərərək, rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi