hia.az

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

13 dəfə baxılıb 10-04-2026, 13:33

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

Livan Yaxın Şərqdəki eskalasiya fonunda ərzaq böhranı ilə üzləşə bilər.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

Qeyd olunub ki, bu, İsrail Müdafiə Ordusunun Livanın cənubunda radikal "Hizbullah" qruplaşmasına qarşı əməliyyatı səbəbindən ölkə daxilində malların tədarükünün pozulması ilə əlaqədardır.

"Hazırda şahidi olduğumuz durum sadəcə əhalinin daxili köçürülməsi böhranı deyil, o sürətlə ərzaq təhlükəsizliyi böhranına çevrilir", - Ümumdünya Ərzaq Proqramının Livandakı direktoru Ellison Oman bildirib.

Onun sözlərinə görə, qiymətlərin artması və köçkün ailələrin tələbatının çoxalması səbəbindən qida məhsulları getdikcə daha az əlçatan olur.

Livan ikiqat böhran vəziyyətinə düşüb: bazarların bir hissəsi tamamilə çöküb - xüsusilə də ticarət obyektlərinin 80%-dən çoxunun artıq fəaliyyət göstərmədiyi ölkənin cənubunda, - Beyrutdakı bazarlar isə getdikcə artan təzyiqə məruz qalır.

Onun sözlərinə görə, Ümumdünya Ərzaq Proqramının bu həftə cənuba göndərilən konvoyunun təyinat nöqtəsinə çatması üçün 15 saatdan çox vaxt tələb olunub, halbuki normal şəraitdə yol cəmi bir neçə saat çəkirdi.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İsrail qüvvədə olan atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək, bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Livanda atəşkəs Tehranla Vaşinqton arasındakı razılaşmaların ilk şərti olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi