hia.az
hia.az

Şuşa və Laçındakı mövqelərimiz ATƏŞƏ TUTULDU

99 dəfə baxılıb 12-07-2023, 08:21

Şuşa və Laçındakı mövqelərimiz ATƏŞƏ TUTULDU


İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi