hia.az

Baş nazir bu şəxslərin əmək haqları ilə bağlı QƏRAR İMZALADI

111 dəfə baxılıb 7-06-2023, 19:41

Baş nazir bu şəxslərin əmək haqları ilə bağlı QƏRAR İMZALADI


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin də əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarı müəyyən ediləcək.

Bu, Nazirlər Kabinetinin qərarı ilə Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

Müəyyən edilib ki, yuxarıda nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi