hia.az

Goranboyda polis faciəvi şəkildə öldü

125 dəfə baxılıb 7-04-2023, 13:07

Goranboyda polis faciəvi şəkildə öldü


Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb.

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi