hia.az
hia.az

Bayraq meydanında görünməmiş izdiham

1 112 dəfə baxılıb 11-10-2014, 23:09

Bayraq meydanında görünməmiş izdiham
Bayraq meydanında görünməmiş izdiham
Bayraq meydanında görünməmiş izdiham


Oktyabrın 11-də Dövlət Bayrağı Meydanında fərqli gün yaşandı. İlk dəfə olaraq, üçrəngli bayrağın qaldırılması prosesini hər kəs canlı izlədi

17:21

Səhər saatlarında böyükdən kiçiyə yüzlərlə insan bu tarixi anı izləmək üçün meydana toplaşmışdı.

Bir neçə dəqiqədən sonra eni 35 metr, uzunluğu 70 metr və ağırlığı 350 kiloqram olan bayraq meydana gətirildi. Yüzlərlə insan bu prosesin iştirakçısı olmaq üçün növbəyə düzüldü.

Böyüklüyünə görə "Ginnesin Rekordlar kitabı"nda düşən üçrəngli bayraq yenidən dirəyə qaldırılır. İlk dəfə olaraq, sadə vətəndaşlar da bu prosesdə iştirak edir.

Mərasimə qatılanlar sevinclərini belə ifadə ediblər: "Dünən eşitdim və gəldim. Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. Xalqımıza firəvanlıq arzu edirəm".

"Çox əla, çox gözəl. Burada zavod olanda mən özüm burada işləmişəm. Baxırdın ki, şəhərin görüntüsünü bir balaca itirir. Amma indi çox möhtəşəmdir".

Mərasimdə iştirak edən məktəblilər, azyaşlılar üçün də bu gün unudulmaz gün idi. İlk dəfədir, yaşadıqları bu hadisəni onlar da sevinclə qarşıladılar:

"Vətənimi və bayrağımı çox sevirəm, böyüyəndə bayrağımı ermənidən qoruyacağam".

"İlk dəfədir, buraya gəlirəm. Çox gözəldir. O gün olsun, bayrağımız Xankəndində, Qarabağda dalğalansın".

100 ilə yaxındır ki, insanların müqəddəs ideal rəmzinə çevrilən üçrəngli bayrağımız 162 metr hündürlüyündə dirəyə qaldırıldı.

Tədbirə millət vəkilləri, ictimaiyyət adamları, mədəniyyət və incəsənt nümayəndələri, Azərbaycanın olimpiya və dünya çempionları da qatılmışdı.

Olimpya çempionu Elnur Məmmədli sevincini APA TV ilə paylaşıb: "Bu gün sevincimin həddi-hüdudu yoxdur. Mən olimpya çempionu kimi Azərbaycanın bayrağını dəfələrlə qaldırmışam. Bunun hər kəsə qismət olmasını arzu edirəm. Doğrudan da, çox şərəfli bir hissidr".

Azərbaycan xalqı illərlə mücadiə apardı, müharibələrdən keçdi, minlərlə şəhid verdi və öz 3 rəngli bayrağını yaratdı. Bu gün bu bayraq öz meydanında dalğalanır.

Bir daha enməməsəmi diləyi ilə...

---------
13:19

Üçrəngli bayraq onlarla insanın çiyinləri üzərində gətirilib

Bu gün Azərbaycanın ən böyük bayrağı havaya qaldırılıb.

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında “Mən azərbaycanlıyam!” aksiyası çərçivəsində Azərbaycan bayrağı ucaldılıb.

Mərasim ictimaiyyətə açıq olub. Belə ki, istəyən şəxs bu prosesi canlı izləyib.

Tədbir səhər saatlarında hərbi orkestrın musiqi sədaları və uşaq xorunun dövlət himnini səsləndirilməsi ilə başlayıb.

Bayrağın qaldırılmasında bir çox dövlət rəsmiləri, ictimai xadimlər, idmançılar iştirak ediblər.

Bu tədbirin ilk dəfə olaraq ictimaiyyətə açıq şəkildə keçirilməsində məqsəd vəzifəsindən, mövqeyindən asılı olmayaraq insanların birliyini göstərməkdir.

Nəhəng bayraq onlarla insanın çiynində meydana gətirilib və 162 m hündürlüyə qaldırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi