hia.az
hia.az

Sabah yolları buz bağlayacaq

121 dəfə baxılıb 13-01-2023, 16:59

Sabah yolları buz bağlayacaq

Yanvarın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi