hia.az
hia.az

Avropalı deputatlar çağırış etdilər: “Vaqner” terror təşkilatı kimi tanınsın”

140 dəfə baxılıb 22-11-2022, 19:11

Avropalı deputatlar çağırış etdilər: “Vaqner” terror təşkilatı kimi tanınsın”


Avropa Parlamenti “Vaqner” özəl hərbi şirkətinin terror təşkilatı kimi tanınması ideyasını müzakirə edir.

“Vaqner”in döyüşçüləri Ukrayna müharibəsində iştirak edir.

Avropa Parlamentinin deputatları “Vaqner”in terror təşkilatı kimi tanınmasına çağırıblar. Həmçinin “Vaqner” döyüşçülərinin Ukraynadan başqa, Suriya və Mərkəzi Afrika Respublikasındakı döyüşlərdə də iştirak etdikləri qeyd edilib.

Eyni zamanda, noyabr ayında Britaniyanın “McCue Jury & Partners” hüquq şirkətinin “Vaqner”i məsuliyyətə cəlb etməyi planlaşdırdığı barədə məlumatlar ortaya çıxıb. Bildirilib ki, şirkət həmçinin Ukraynanın məhv edilməsində iştirakına görə dəymiş ziyanı “Vaqner”ə ödətmək niyyətindədir.

Mmənbə: “Politico”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi