hia.az

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

5 dəfə baxılıb Bu gün, 13:20

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Ankarada oktyabrın 29-da Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

"Report"un Türkiyə bürosuna Türkiyənin Xarici İşlər Naziriliyin mətbuat Ximətindən verilən məlumata görə, XIII TDT Zirvə görüşü çərçivəsində təşkil olunacaq bu iclasla təşkilata üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.

TDT Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir.

Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi