hia.az

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

9 dəfə baxılıb Dünən, 10:58

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 98 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Nəticədə Türkmənistan, Pakistan, Türkiyə, Kuba, Rusiya, Azərbaycan, Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, Çin və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıblar.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.

Nazirliyin məlumatına görə, bu ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 500-dən çox xarici vətəndaş ölkədən deportasiya olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi