hia.az

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

4 dəfə baxılıb Bu gün, 16:12

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

Rusiya ordusu oktyabrın 27-də Ukrayna paytaxtı Kiyevə ballistik raket zərbələri endirib.

Gecədən səhərə qədər baş tutan hücumda Kiyevə 20-dən çox zərbə endirilib.

Zərbələr nəticəsində əsasən Kiyevin Dnepr çayının sol sahilində yerləşən rayonları ciddi zərər görüb. Darniskoy rayonu ərazisində tələbə yataqxanası, xəstəxana və yaşayış evləri ziyan çəkib. Tələbələr arasında ölən və yaralananlar var.

Zərbələr zamanı Kiyevi Dnepr çayı ilə birləşdirən sağ və sol sahil arasında strateji körpü olan cənub körpüsü də ciddi zədə alıb. Körpü hazırda tamamilə bağlanıb. Ümumilikdə paytaxtda ölənlərin sayı 3, yaralananların sayının 20-ə çatdığı bildirilir. Bildirilir ki, say arta da bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi