hia.az

Bu cərimənin məbləği kəskin azaldılır

1 dəfə baxılıb Bu gün, 15:30

Bu cərimənin məbləği kəskin azaldılır

Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 50 manat məbləğində cərimə tətbiq ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sözügedən qayda pozuntusuna görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi