hia.az

Şəhid anası və şəhid oğlu direktor TƏYİN EDİLDİ

204 dəfə baxılıb 26-10-2022, 17:20

Şəhid anası və şəhid oğlu direktor TƏYİN EDİLDİ


Aprel şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbə direktor təyin olunub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Bundan öncə Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbdə direktor müavini işləyib.

Nazirin digər əmri ilə Birinci Qarabağ müharibəsi şəhidi Dadaş Zeynalovun oğlu Camal Zeynalov Zəngilan rayon 23 nömrəli tam orta məktəbə direktor təyin edilib.

O, Zəngilan rayonu 11 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi