hia.az
hia.az

"Qərb Paşinyandan ilin sonunadək sülh müqaviləsini imzalamağı tələb edib" - KİV

130 dəfə baxılıb 11-10-2022, 15:16

"Qərb Paşinyandan ilin sonunadək sülh müqaviləsini imzalamağı tələb edib" - KİV


Qərb ölkələri Ermənistandan ilin sonuna qədər sülh müqaviləsi imzalamağı tələb ediblər.

Parlaemntinsesi.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məsələ oktyabrın 6-da Praqada keçirilən qapalı iclasda müzakirələr olunub.

"İlham Əliyev müqavilənin noyabrın 9-da imzalanmasını təklif edib. İki il əvvəl, məhz bu gündə erməni tərəfi kapitulyasiyaya imza atdı və indi də Azərbaycanın zəfərini təkrarlamaq istəyir. Paşinyan buna etiraz edib. O deyib ki, ermənilər üçün bu gün məğlubiyyətlə bağlıdır", - məlumatda deyilir.

Bundan başqa, qeyd olunub ki, Paşinyan görüşdə Azərbaycan ordusunun sentyabr hadisələrindən sonra əldə etdiyi yüksəkliklərdən geri çəkilməsini istəyib, əks halda sazişi imzalamayacağını bildirib. Əliyev də öz növbəsində Azərbaycana Mehri vasitəsilə dəhliz verilməsini tələb edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi