hia.az
hia.az

Şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

144 dəfə baxılıb 30-09-2022, 15:09

Şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır


Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliklə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır. Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir. İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi. Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi