hia.az
hia.az

Kamran Əliyevin Sinqapura səfəri başa çatıb

84 dəfə baxılıb 11-09-2025, 12:43

Kamran Əliyevin Sinqapura səfəri başa çatıb

Azərbaycan Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurdakı işgüzar səfəri başa çatıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Tədbirdə Baş prokurora ötən il Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə təltifnamə təqdim olunub.

Konfrans zamanı, həmçinin "İqtisadi cinayətlər və aktivlərin bərpası üzrə ixtisaslaşmış şəbəkə" adlı sessiya təşkil olunub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın Baş prokurorunun müavini Heydər Məmmədov "İqtisadi cinayətlərin araşdırılmasında və aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar – Azərbaycan təcrübəsi" mövzusunda çıxış edərək, Azərbaycanın maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.

Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı, İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə də Malayziya və Braziliya Federativ Respublikasının Baş prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.

Tədbirdə, həmçinin, Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev də iştirak edib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi