hia.az

Azərbaycanın sərbəst güləşçisi: "Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm"

92 dəfə baxılıb 12-09-2025, 10:52

Azərbaycanın sərbəst güləşçisi: "Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm"

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedovun (92 kq) dünya çempionu olmaq üçün əlindən gələni edəcək.

Milli üzvü bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, son hazırlıq prosesini və şanslarını dəyərləndirib:

"İlk növbədə özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Türkiyədəki təlim-məşq toplanışı yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı təlim-məşq toplanışında isə yoxlama görüşlərinə üstünlük verildi. Zədəsiz başa vurduq. Hər şey yaxşıdır. Uşaqlar da yaxşı formadadırlar. Komandanın əhval-ruhiyyəsi yaxşıdır. Yüksək səviyyədə toplanışlar keçdik. Güləşçilərimiz qələbəyə köklənib".

O, rəqibləri təhlil etdiyini də deyib:

"92 kq-da güclü rəqiblər çoxdur. Zəif-güclü tərəflərini təhlil etmişəm. Onlara qalib gəlməyin yolunu bilirəm. Parter üzərində çalışmalara, ayaqlarla işləməyə, həmçinin görüş sonluğuna da yer ayırmışıq. Bu da yaxşı forma yığmağa imkan verdi. Səhhətim imkan versə və ciddi zədə olmasa, gələcəkdə 97 kq-a keçməyi planlaşdırıram".

Qeyd edək ki, mundial sentyabrın 13-21-i aralığında keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi