hia.az

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb

102 dəfə baxılıb 10-09-2025, 17:28

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb


Moskvadakı “Aviapark” ticarət mərkəzindəki azərbaycanlı iş adamı Emin Ağalarova məxsus “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları bağlanıb.

Yerli Telegram kanalları “Aviapark” ticarət mərkəzində üç restoranın bağlanması barədə məlumat yayıblar.

“Agalarov Development” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə isə, “AgalarovRest” şirkətinin müstəqil layihələrə fokuslanmaq planlarına görə restoranlar bağlanıb.

“AgalarovRest”in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə yönəldir”, - “Agalarov Development”dən bildirilib.

“NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb.

“Əsas səbəb müəssisələrin daha az səmərəli olmasıdır. Onlar orta və yuxarı seqmentlərdə işləyirdilər, harada ki, auditoriya konseptlərin, xidmətin və təkliflərin daimi yenilənməsini gözləyir. Bu, son illərdə baş verməyib, ona görə də layihələr təbii olaraq başa çatıb, baxmayaraq ki, onlar bir çox rəqiblərdən daha uzun müddət davam edib”, - Xakberdiyeva qeyd edib.(Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi