hia.az

Sabahın hava proqnozu açıqlanıb

96 dəfə baxılıb 13-09-2025, 11:50

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 14-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və  Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.   Havanın temperaturu gecə 17-20, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi  ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 20-25, dağlarda gecə 4-7, gündüz 7-12 dərəcə isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi