hia.az
hia.az

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir

87 dəfə baxılıb 11-09-2025, 14:37

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir.

Bunu ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.

“ABŞ öz səfirliyini Minskə qaytarmaq istəyir. Bu, yaxın gələcəyin məsələsidir. Biz burada səfirliyin, səfirin olmasını istəyirik. Və biz bunun üzərində işləyəcəyik”, - o vurğulayıb.

Con Koul ABŞ-la Belarus arasındakı münasibətləri müsbət qiymətləndirib:
“Bu münasibətləri daha da yaxşılaşdırmaq üçün hələ çox iş görmək olar. Biz istəyirik ki, ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etsin, ticarət genişlənsin. Əgər hər hansı fikir ayrılıqlarını üzə çıxarmaq lazım deyil. Prezident Tramp münasibətləri normallaşdırmağa hazırdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi