hia.az
hia.az

Məktəblərdə Bilik Günü qeyd edilməyəcək

172 dəfə baxılıb 14-09-2022, 14:24

Məktəblərdə Bilik Günü qeyd edilməyəcək


Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Günü qeyd edilməyəcək.

Artıq bu barədə məktəb rəhbərlərinə məlumat verilib.

Buna səbəb Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində genişmiqyaslı təxribat törətməsidir.

Belə ki, Bilik Günü ilə bağlı təhsil ocaqlarında tədbir zamanı Dövlət Himni səsləndiriləcək, şəhidlərimizin ruhu yad ediləcək. Eyni zamanda, xüsusi bəzəklərdən və musiqidən istifadə olunmayacaq.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi