hia.az

Ukrayna üç yaşayış məntəqəsini AZAD ETDİ

163 dəfə baxılıb 5-09-2022, 11:19

Ukrayna üç yaşayış məntəqəsini AZAD ETDİ


Ukrayna Ordusu Donetsk vilayətində və ölkənin cənubunda üç yaşayış məntəqəsini işğalçılardan azad edib.

Bu barədə Prezident Vladimir Zelenski videomüraciətində bildirib.

“Bazar günü olsa da, müharibədə istirahət günləri yoxdur. Silahlı Qüvvələrin Ali Baş Komandanı, əməliyyat rayonlarının komandirləri və kəşfiyyat rəhbəri hesabat veriblər. Yaxşı hesabatlar var idi. Bu gün mən Donetsk vilayətində nəticəni təmin edən 103-cü müdafiə briqadasının 63-cü batalyonunun döyüşçülərinə təşəkkür etmək istəyirəm. Qəsəbə azad edilib. Cənubda iki yaşayış məntəqəsi də azad edilib”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Lisiçansk - Seversk istiqamətində 54-cü briqada da yaxşı addımlar atıb, müəyyən yüksəkliklər tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi