hia.az
hia.az

Şabranda vəziyyət necədir?

147 dəfə baxılıb 19-08-2022, 18:00

Şabranda vəziyyət necədir?


“Şabranda bir neçə gündür davam edən güclü meşə yanğınları lokallaşdırılıb, hazırda bir neçə yerdə tüstülənmə müşahidə olunur və onların da tam söndürülməsi istiqamətində iş aparılır”.

Bu barədə Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu gün küləyin də səngiməsi ilə yanğınları nəzarətə almaq mümkün olub.

İlkin Ağayev, həmçinin bildirib ki, meşə yanğınlarının Şabran rayonuna vurduğu zərərin müəyyən edilməsi məqsədilə komissiya təşkil edilib və komissiyanın üzvləri hər kənd üzrə məlumatları toplayır.

Qeyd edək ki, bir neçə gündür Quba, Şabran, Siyəzən, Xaçmaz və Qəbələ rayonlarında meşə yanğınları davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi