hia.az
hia.az

Zelenski ölkəyə dəymiş ziyanın ödənilməsi ilə bağlı müşavirə keçirdi

154 dəfə baxılıb 6-08-2022, 19:35

Zelenski ölkəyə dəymiş ziyanın ödənilməsi ilə bağlı müşavirə keçirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın vurduğu ziyana görə ölkəsinə təzminat ödənilməsi ilə bağlı iclas keçirib.

Bu barədə dövlət başçısının saytında məlumat verilib.

Kompensasiya mexanizminin yaradılması və həyata keçirilməsi üçün dövlət başçısı Prezident Aparatının rəhbəri Andriy Yermakın sədrliyi ilə Nazirlər Kabinetinin nümayəndələrinin, aparıcı ukraynalı və xarici beynəlxalq hüquqşünasların daxil olduğu xüsusi işçi qrupu yaradıb.

İclas iştirakçıları Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə məcburi müsadirə edilməsinə dair danışıqlar prosesinin gedişini və bu istiqamətdə atılacaq addımları müzakirə ediblər. O cümlədən Ukraynanın tərəfdaşları ilə çoxtərəfli beynəlxalq müqavilənin bağlanması yolu ilə xüsusi kompensasiya komissiyasının yaradılması istiqamətində iş aparılır. Bu komissiya müharibə nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı müraciətlərə baxa biləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi