hia.az

MTN generalının məhkəməsində intihara cəhd

199 dəfə baxılıb 21-06-2022, 15:40

MTN generalının məhkəməsində intihara cəhd


Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin məhkəməsində intihara cəhd baş verib.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasın gedişi zamanı zərərçəkən Əfsəl Həsənəliyev məhkəmə zalında özünü yandırmaq istəyib.

Dərhal məhkəmə iclas zalının nəzarətçisi və polis əməkdaşları hadisəyə müdaxilə ediblər. Hadisənin qarşısı alınıb və Ə.Həsənəliyev zaldan çıxarılıb.

Onun məhkəmədə vəsatətlərinin təmin olunmamasına etiraz olaraq intihara cəhd etdiyi bildirilir.

Qeyd edək ki, Ə.Həsənəliyev Mövlam Şıxəliyevin göstərişi ilə girov götürüldüyünü, 5 ay qanunsuz həbsdə saxlanıldığını bildirir. Onun sözlərinə görə, ailəsindən 50 min dollar alıblar. Zərərçəkən məhkəmə prosesinə sabiq Baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun çağırılaraq dindirilməsini istəyir. O, sözügedən cinayət işi üzrə 36 zərərçəkəndən biridir.

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi