hia.az
hia.az

Baş nazir Conson istefa ərəfəsində: Etimadsızlıq səsverməsi keçirilir

167 dəfə baxılıb 6-06-2022, 18:07

Baş nazir Conson istefa ərəfəsində: Etimadsızlıq səsverməsi keçirilir


Böyük Britaniyanın hökumət başçısı Boris Conson baş nazir postunu itirmək riski ilə üzləşib. Bu gün yerli vaxtla 18:00-20:00 (Bakı vaxtı ilə 21:00-23:00 - red.) parlamentdə etimad səsverməsi ilə bağlı məsələ səsverməyə çıxarılır.

Səbəb isə COVID-19-la bağlı qapanmaya baxmayaraq Consunun əyləncə gecələrində iştirakıdır.

Qeyd edək ki, 2020-21-ci illərdə Londonun sərt lokdaunda olduğu bir dövrdə Dauninq Strit bir neçə əyləncə gecəsinə ev sahibliyi edib. May ayında Böyük Britaniya hökumətinin yüksək rütbəli məmuru Syu Qrey bu partilər haqqında hesabat dərc edib. Sənəddə bu tədbirlərdə koronavirusa qarşı məhdudiyyətlərin dəfələrlə pozulması barədə məlumatlar var. Consonun sözügedən tədbirlərdə iştirakı siyasətçilər və ictimaiyyət arasında narazılıqla qarşılanıb, həmçinin istefaya çağırışlar səsləndirilib. Conson özü vəzifəsini tərk etmək fikrində olmadığını bildirib.

Mənbə: Sky News


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi