hia.az
hia.az

"Ən yaman gündə də bir arada idik" - Bayraktar

281 dəfə baxılıb 26-05-2022, 17:11

"Ən yaman gündə də bir arada idik" - Bayraktar


"Bir millət, iki dövlət" olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib.

Bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib.

"1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər. Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir", - o bildirib.

Onun sözlərinə görə, çox tanınan bir atalar sözü var: “Dost yaman gündə tanınar. Ən yaman gün də daxil olmaqla hər zaman bir arada idik. Dünyada son günümüzə qədər də bir arada olmağa davam edəcəyik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi