hia.az
hia.az

Filippin prezidenti Putini sərt TƏNQİD ETDİ

215 dəfə baxılıb 24-05-2022, 17:14

Filippin prezidenti Putini sərt TƏNQİD ETDİ


Filippin prezidenti Rodriqo Duterte özünün "yaxın müttəfiqi" kimi qələmə verdiyi rusiyalı həmkarı Vladimir Putini Ukraynaya müdaxiləyə görə sərt şəkildə tənqid edib.

Putini Ukraynada günahsız dinc sakinləri öldürməkdə günahlandıran Duterte "Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm" deyib.

Nazirlər Kabinetinin iclasında çıxış edən Duterte “Bir çoxları mənim və Putinin qatil olduğumuzu deyir. Amma mən cinayətkarları öldürürəm. Biz iki fərqli dünyanın insanıyıq", - deyib.

Duterte həmçinin Ukraynadakı müharibə səbəbindən Filippində də daxil olmaqla bir çox ölkədə neftin qiymətinin qalxmasını tənqid edib.

Ölkəsində narkotik qaçaqmalçılarına qarşı sərt davranışlarına görə tənqid hədəfinə çevrilən və son vaxtlar vəzifəsindən getməyə hazırlaşan Duterte daha əvvəl Putini "dostum" adlandırmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi