hia.az
hia.az

Sabah Xırdalanda Adil Kərimovun yubleyi keçiriləcək

1 440 dəfə baxılıb 4-12-2014, 22:28

Sabah Xırdalanda Adil Kərimovun yubleyi keçiriləcək

Adil Kərimov -40
Qarabağ döyüşçüsu ,igidlik fərqlənmə medallı, Azərbaycan bayrağı, ilin vətənpərvər övladı diplomları sahibi, rabitəçi, gözəl qardaş, mehriban ata.
1974 cü ildə Qərbi Azərbaycanın (Qara Kilsə) Sisyan rayonunun Şəki kəndində doğulu. 1992- 1994 cü ildə Bakı Ali Komandirlər məktəbi, Türkiyə Nato Hərbi Akademiyası, Abşeron rayonu 3 saylı məktəbin məzunudur. Sabah 5 dekabr 2014 cü il saat 15 00 da Adil Kərimovun yubleyi keçiriləcək.
Xırdalan qəzeti, xirdalnpress. info xəbər portalı, Abşeron xəbər.az informasiya portalının , Masazır. info informasiya agentliyi, Dövlət press qəzeti, devletpress.az informasiay portalı, Düzü-düz, Əyrini- əyri qəzeti, Ana torpaq qəzeti, Ulu səs, Obyektiv fikir qəzeti, Respublika xəbərləri qəzeti, xebərleragentliyi.com , İqtidarxebər, Regionxəbər, Təzəxəbər, Realxəbər, Pressxəbər, Faktxəbər, Xəbərtv, İnformasiyaagentliyi, Rəsmixəbər, obyektivxəbər, Anaxəbər, Azpress sayıtlarının rəhbərləri Xırdalan şəhərində Heydər parkı “Gənclər evi” də toplaşacaq. Heydər Əliyevin abidəsini ziyarət edib, Bayraq meydanına tamaşa edib, Heydər Əliyev Muzeyi ilə tanış olacaqlar. Abşeron rayon ictimayətinin nümayəndələri, Xırdalan Bələdiyyəsinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Hərbi Vətənpərvərlik idarəsinin işçilərinin iştirakı ilə tədbir keşiriləcək. Yazıçı, jurnalist və publisist Meşədi Ə. Nağı Azərbaycan dövlətinin keçmiş bu günü barədə danışacaq. Qarabağ veteranları cəmiyətinin sədri Məhərrəm müəllimin çıxışı olacaq. Jurnalist Həmkarlar İtifaqının sədri Çingiz Qurbanoglu yubleyara öz arzularını çatdıracaq. Tədbirin təşkilatçısı Hüquqşünas və jurnalist Anar Nağıyev “Vətən uğrunda” diplomunu Adil Kərimova təqdim edəcək. Məktəblilər və gənclər “Vətən hardan başlayır”, “Vətənpərvərlik qanımızda ruhumuzda”, Qarabağ müharibəsi barədə suallarına Adil müəllim cavablandıracaq.
Yaratdıqları şəraitə, dəstəyə və köməkliyə görə şəxsən Rayon İcra Hakimiyyəti Başçısı Cənab Zakir Fərəcova, İcra Hakimiyyəti Başçısının 1- ci müavini Xanım İradə Gülməmmədovaya, İHB- nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hörmətli Fuad Cəbrayılova, İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məhəbbət Məmmədovaya, Mədəniyyət Turizim İdarəsinin müdiri hörmətli İlham Manfova, Abşeron rayon Təmir Abadlıq İdarəsinin rəisi hörmətli Rauf Hüseynova, Xırdalan Bələdiyyəsinin sədri Cənab Eldar Əhmədova təşkilatçı və yubleyar adından öz təşəkürümüzü bildiririk.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi