hia.az
hia.az

“Bakıelektrikşəbəkə sahibkarları yükləyir”

790 dəfə baxılıb 3-12-2014, 12:42

“Bakıelektrikşəbəkə sahibkarları yükləyir”

“Bakıelektrikşəbəkə sahibkarları yükləyir”
parlamentinsesi.az Regionxeber.info ya istinadən məktubu sizə çatdırırıq. Şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik. Azərbaycan Respublikasının Mətbuat Şurasına və Kütləvi İnformasiya Vasitələrinə Bakı şəhər Qaradağ rayonu ərazisindəsahibkarlıqla məşğul olan bir qrup vətəndaşlar, o cümlədən: Əliyev Fərhad, Həsənov Mail, Mehdiyev Fətulla, Həmidov Həmzə, Eyniyev Natiq, Qazaxov Şirvan, Nuriyev Nəsir tərəfindən (ünvan: Bakı şəh. Fuad İbrahimbəyov küç. 14, Tel: 050- 340- 96- 66
ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli redaksiya!
Yazıb Sizə bildirirəm ki, yerlərdə məmur özbaşınalığı nəticəsində biz sahibkarların hüquqları
pozularaq bizi dövlətdən və hörmətli Prezidentimizdən narazı salan «Bakıelektr
ikşəbəkə» ASC- nin rəhbərliyi və bir qrup əməkdaşları nə göstərişə, nə tapşırıqlara, nə də ki, Hörmətli cənab Prezidentimizin sərəncamlarına əməl etmirlər.
Belə ki, Hörmətli cənab Prezidentimiz dəfələrlə tapşırıqlar, göstərişlər verərək bildirmişdir ki, sahibkarların fəaliyyətinə maneəçilik törətməsinlər.
Lakin «Bakıelektrikşəbəkə» ASC- nin rəhbərliyi Hörmətli cənab Prezidentimizin göstərişi və tapşırıqlarına əməl etmək əvəzində Dövlətimizin daxilində, Dövlət yaradaraq, daha da aqressivlik göstərərk əlavə sərfiyyat adı altında külli miqdarda pullarımızın şantaj yolu ilə ödənilməsini təşkil edərək bizim fəaliyyətimizə maddi ziyan vurmaqla ciddi problemlər yaratmışdır. (maddi-mənəviziyan vurmuşdur). Konkret olaraq əlavə sərfiyyat adı altında pullarımızın mənimsənilməsinə baxmayaraq əlavə hər ay olmaq şərtilə qanunsuz olaraq nəğd pul tələbi qoyaraq, pul məbləğinin azlığını bəhanə gətirərək işıqlarımızı kəsib bizim sahibkarlıq fəaliyyətimizi qanunsuz olaraq dayandırmışlar və nəticədə yüzdən çox fəhlələr işsiz qalmışlar. Bununla da biz sahibkarlara və fəhlələrə külli miqdarda maddi ziyan vurmuşlar. Həmçinin Sizin nəzərinizə çatdıraq ki, Azərbaycan Respubliksı Tarif Şurasının təyin etdiyi 1 kvt elektrik enerjisinin qiyməti 6 qəpiyə olduğu halda «Bakıelektrikşəbəkə» ASÇ- nin Enerji Satışının Departamenti və Maliyyə İdarəsi enerji qiymətini özbaşına şişirdərək əlavə sərfiyyat adı altında 10- 12 qəpiyə sahibkarlığa xor tətbiq etməklə satırlar.
Biz sahibkarlara zor və şantaj tətbiq etməklə külli miqdarda pullarımızı dövlətimizin hesabına yox «Bakıelektrikşəbəkə» ASC- nin hesabına ödətdirərək korrupsiya hallarını yaradırlar.
Bir məqamıda Sizə bildirmək istəyirik ki, ekspertlərin, mütəxəssislərin və alimlərin açıqlamalarına görə bütün dünyada eyni zamanda Avropa ölkələrində enerji itkiləri 1%, Rusiya Respublikasnıda 2%, Azərbaycanda isə enerji itkiləri 10- 12% olduğu halda «Bakıelektrikşəbəkə» ASC- nin çox
«bilənləri» mütəxəssislərin və alimlərin fikirlərinə məhəl qoymadan öz qanunlarını həyata keçirirlər. Hətta Canəhməd Əhmədovla Mehman Azərbaycanda əlavə sərfiyyat 100% də ola bilər.
Biz «Bakıelektrikşəbəkə» ASC- nin rəhbərliyinin və onların tabeliyində olan bir qrup əməkdaşların, o cümlədən Enerji satışı Departamentinin rəhbəri başda olmaqla Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, müavini, nəzarətçisi və Proqress firmasının rəhbəri əlbir olaraq bizə qarşı
cinayət törətmələri faktı ilə əlaqədar olaraq biz Nazirlər Kabineti və digər qurumlara dəfələrlə müraciət etmişik, müraciətlərimizə Dövlət rəhbərliyi tərəfindən əhəmiyyət verilmədiyi və həmin şəxslərin cinayət əməllərinə hüquqi qiymət verilmədiyi üçün onlar bizim işıqlarımızı kəsərək hüquqlarımızı pozmaqda davam edirlər. Biz abunəçi olaraq «Bakıelektrikşəbəkə» ASC ilə müqavilə əsasında fəaliyyət göstərməklə heç bir borcumuz olmadığı halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Baş Nazirinin 02.02.2005-ci il tarixli 18 saylı qərarına zidd olaraq işıqlarımızı kəsmişlər, (enerji təchizatını dayandırmışlar). Qanunsuz yolla rəsmi və qeyri-rəsmi «Bakıelektrikşəbəkə» ASC-nin bir qrup əməkdaşlarının cinayət əməllərinə kim hüquqi qiymət verməlidir? Biz sahibkarların heç bir
«Bakıelektrikşəbəkə» ASC-ə qarşı borcumuz olmadığı halda bizim fəaliyyətimizin qanunsuz yolla dayandırılmasına kim cavabdehlik daşımalıdır?!
Biz bir neçə dəfə daxili və xarici siyasətini dəstəklədiyimiz hörmətli Prezidentimizin qəbuluna getmişik, lakin bizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qanunvericilik və Hüquq ekspertiziyası məsələləri şöbəsinin, eyni zamanda Dövlət Nəzarəti şöbəsinin müdirləri qəbul ediblər. Hər iki şöbə müdirləri toplanmış sənədlərdə (materiallarda) korrupsiya hallarının müəyyən olunmasını nəzərə alıb materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişlər. Lakin Baş Prokurorluqda «Bakıelektrikşəbəkə» ASC-nin bir qrup əməkdaşlarının bizə qarşı törətdikləri cinayət əməlləri araşdırılmamış və onların cinayət əməllərinə hüquqi qiymət verilməmişdir. Ancaq Azərbaycan Respublikasının Baş Prokurorunun Xüsusi Tapşırıqlar üzrə köməkçisi Orxan İsayev heç bir araşdırma aparmadan toplanmış sənədlərdə korrupsiya hallarını müəyyən etmədən və Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin mütəxəssislərinin verdikləri ekspert rəyinə əhəmiyyət verməyərək «Bakıelektrikşəbəkə» ASC-nin rəhbərliyinin tapşırığına uyğun olaraq aldadıcı cavab göndərərək bildirmişdir ki, guya bizim istifadə etdiyimiz elektrik verilişi xətləri normativə uyğun deyil. Halbuki bu məsələni ancaq və ancaq ekspert (mütəxəssislər) müəyyən edə bilər. «Bakıelektrikşəbəkə» ASC- nin rəhbərliyinin qanunsuz və şantaj yolu ilə külli miqdarda pullarımızın mənimsənilməsinin qarşısının alınmasına və hüquqlarımızın bərpa olunmasına bizə köməklik göstərəsiniz. Eyni zamanda biz sahibkarlar müəyyən qurumlara müraciət etdikdən sonra Azərbaycan Respublikası Energetika Nazirliyi «Bakıelektrikşəbəkə» ASC- nin bir qrup əməkdaşları Azərbaycan Respublikası nazirlər Kabinetinin 02.02.2005- ci il tarixli 18 saylı qərarının 8.10 bəndini kobudcasına pozmuşlar. Nəticədə külli miqdarda qanunsuz və şantaj yolu ilə vəzifə səlahiyyətlərini aşaraq saxtakarlıq yolu ilə bizə pul ödətdirmişlər. Bu qanunsuz əməllərə hüquqi qiymət vermək istəməyən Baş Prokurorluq niyə bizim hüquqlarımızın bərpa olunmasına biganə yanaşır?!
Hörmətli Redaksiya! «Bakıelektrişəbəkə» ASC- nin bir qrup əməkdaşları o cümlədən Enerji Satış Departamenti və Maliyyə İdarəsi eyni zamanda Qaradağ RETSİ-nin rəisi, onun müavini (Canəhməd Əhmədov) nəzarətçiləri (Ruslan, Zakir) və «Proqress» firmasının direktoru Ramin tərəfindən qanunsuz və şantaj yolu ilə əlavə sərfiyyat altında mənimsənilmiş külli miqdarda pullarımızı tələb etdikdə (qanuni yolla istədikdə) Canəhməd Əhmədov bildirir ki, o bizim səslərimizi öz gəzdirdiyi mobil telefonuna yazıb və bununla da o, bizi bir daha şantaj edir və bildirir ki, o bizim halal pullarımızı qaytarmayacaq və qoymayacaq qaytarmağa. Eyni zamanda bildirir ki, əgər bizim pulları qaytarsalar o bizə bizim pullarımızla özünə tikdirdiyi restoranda qonaqlıq verəcək. Baxın görün necə olur ki, bu məmurlar özbaşınalıq edərək vətəndaşları dövlətdən narazı salır. Bizim müraciətlərə Qaradağ RETSİ- dən Canəhməd Əhmədov bildirir ki, bizim arxamızda Baba Rzayev
dayanıb və bizə heç kim bata bilməz deyə bizi şantaj edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Qanunlarını rəhbər tutaraq:
Sizdən xahiş edirik:
1. Qanunsuz və şantaj yolu ilə ödənilmiş pullarımızın geri qaytarılmasına;
2. Kəsilmiş işıqların (dayandırılmış enerji təchizatının) dərhal bərpa olunmasına, yəni işıqların
qoşulmasına;
3. «Bakıelektrikşəbəkə» ASC- nin bir qrup əməkdaşlarının qanunsuz və qanuna zidd əməllərinə hüquqi qiymət verilməsinə;
4. Əvvəllər Baş Nazirliyə və eyni zamanda «Bakıelektrikşəbəkə» ASC- ə aidiyyatı olan Nazirliyə yazmış olduğumuz müraciətlərə cavab verilməsinə;
5. Bizim hüquqlarımızın bərpa olunmasına köməklik göstərəsiniz.

İmzalar;
Əlyiev F.Ş.
Həsənov M.Q.
Mehdiyev F.Z.
Həmidov H.S.
Əsgərov S.S.
Eyniyev N.S.
Qazaxov Ş.İ.
Nuriyev N.N.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi