hia.az
hia.az

Dövlət büdcəsinə yenidən baxıla bilər

306 dəfə baxılıb 21-02-2022, 17:44

Dövlət büdcəsinə yenidən baxıla bilər

Bu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində müəyyən olunub. Hazırda neftin qiyməti 100 dollara yaxındır. Dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2022-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsi gözlənilirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, dövlət büdcəsində yenidən baxıla bilər.

Deputat qeyd edib ki, əvvəl may ayında büdcəyə baxılıb, əlavə və düzəlişlər edilirdi:

"İndi də ola bilər ki, büdcəyə yenidən baxılsın. Bu artıq hökumətin mövqeyindən asılıdır. Büdcə gəlirləri əsasən Dövlət Neft Fondundan formalaşır. Əlavə vəsait sərf olunacaq sahələr varsa, ola bilər vəsait ayrılsın".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi