hia.az
hia.az

Bu icra hakimiyyətlərində nöqsanlar aşkarlandı - RƏSMİ

198 dəfə baxılıb 10-02-2022, 18:29

Bu icra hakimiyyətlərində nöqsanlar aşkarlandı - RƏSMİ

Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumatda vurğulanıb ki, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı isə Rəşad Tağıyevdir. F.Qürbətov 2020-ci ilin avqustunda, R.Cəlilov və R.Tağıyev isə 2021-ci ilin sentyabr ayıında icra başçısı təyin ediliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi