hia.az
hia.az

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI

249 dəfə baxılıb 27-01-2022, 12:36

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI

Azərbaycanda işlənməmiş hibrid avtomobillərinin qiymətlərində 10 faizə yaxın azalma qeydə alınıb.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin apardığı monitorinqlərə əsasən, yanvarın ayının ilk 20 günündə bir sıra sektorlarda qiymət artımları davam edib. Belə ki, avtomobil bazarında ili nisbətən köhnə olan avtomobillərin qiyməti 8 faizə yaxın bahalaşıb. Bunlar daha çox istehsal ili 7 ildən çox olan, amma 12 ildən az olan avtombillərə aiddir.

İşlənməmiş avtomobillərin qiymətində artım qeydə alınmayıb. İşlənməmiş hibrid avtomobillərinin qiymətlərində isə 10 faizə yaxın azalma qeydə alınıb. Hələlik avtomobil bazarında tələb çox olmaması səbəbindən durğunluq müşahidə olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi