hia.az
hia.az

Dediklərim çox vaxt özünü doğruldur,amma...

866 dəfə baxılıb 28-11-2014, 17:48

 Dediklərim çox vaxt özünü doğruldur,amma...

Dediklərim çox vaxt özünü doğruldur,amma...
Ötən gün tanınmış ekstrasens ,Etibar Nəsibli “Realxeber”saytına müsahibə verib.
Etibar Nəsibli bu və ya digər formada xalqa xidmət etməyə,kiməsə yardımçı olmağa çalışır.Bakıda işləmək,xalqa bacardığı qədər xidmət göstərmək onun əsas məqsədidir..Onun baxıcılıq qabiliyyətindən çox- müalicə metodları bir çox insanları maraqlandırır.Bu baxımdan Rusiyadan və yaxın dövlətlərdən də Etibara müraciət edənlər az deyil.Onun yanına gələn xəstə yəni, psiloloji,nevroloji,stresdən əziyyət çəkən,müxtəlif ağrıları olanların,eləcə də hipnoterapiya, mineraloterapevtika, biokorreksiya, akvaterapiya, insandakı kosmpoenergetik karkasın korreksiyası, əprimiş çakraların arınması, epilepsiyanın, psixi pozğunluğun, hepatitin, narkomaniyanın, piramida modelləri vasitəsilə müalicə, auraların təsnifi, astral diaqnostika, biznes-karyera, ailə məsələlərində xüsusi məsləhətlər və s. adamları qəbul etmək üçün əlverişli şəraitə malikdir.Lakin bir ekstrasens,xalqını sevən ,əsl “Vətənpərvər” insan kimi vətənə xidmət etmək,xalqa xidmət etmək niyyətindədir..Onun fikrincə bəzi hallarda pasientlərə uzaqdan, telepatik yolla da müalicə etmək olar.Onun müalicə metodunda belə hallara da rast gəlmək olur.Davamlı müalicə gedərkən xəstə bir neçə gün seansa gəldikdən sonra ,müalicəni saxlasa da bu proses özü davam edir.Bəzi hallarda müalicə 1 ay yarım, iki ay və daha artıq gedə bilər.Demək olar, əksər vaxtlarda keçmiş pasientimin bundan xəbəri olmur Pasientlər telepatik olaraq siqnalları qəbul edir. Mənim pasientin sağalmasını istəməyim yetərlidir ki, bu dediyim proses davamlı olsun. Sadəcə, bunun başlaması üçün mənim ilk əvvəl pasientlə görüşməyim, ünsiyyətdə olmağım vacib olur.Bir də,insanlarda inam olmalıdır.Əgər inam olarsa ,bu işin 50 faizini təşkil edir.Bu baxımdan ictimai-siyasi,iqtisadi və təbii hadisələrlə bağlı mənim uzaqgörənliklə verdiyim proqnozları ciddi qəbul etmək lazımdır.Ötən il demişdim”Çin iqtisadiyyatı dünyanın ən inkişaf etmiş iqtisadiyyatı olacaq,bəziləri buna inanmırdı.Baxın indi bir il sonra dünyanın aparıcı dövlətləri Çində toplantıya yığışır və iqtisadi məsələləri müzakirə edirlər,Dolların oyundan çıxarılması,iqtisadiməsələlər və s.Daha sonra demişdim:Yaxın Şərqdə vəziyyət pisləşəcək,qırğınlar,insan tələfatı olacaq.İnanmırdılar.Elə İŞİD tərəfindən bu ildə 100 mindən artıq adam öldürülüb.”
Hal hazırda yeni proqnozlarla çıxış edən Etibar Nəsibli inamlı olmağa çağırır.
1.2015-ci il ərzində Avropanın aparıcı banklarında terror hadisəsi olacaq.
2.Yaxın 10 il ərzində bir neçə müsəlman dövləti birləşəcək və dünya yeni liderdə danışacaq.
3.2020-ci ilə qədər Çin valyutasının dünya bazarının yarısında hökmranlıq edəcək
4.2015-17-ci illər ərzində Amerikada yeni terror hadisələri olacaq.
5.2015-2016-cı illərdə Azərbaycanda misli görünməmiş yeniliklər olacaq,yaxşı mənada.
6.2017-ci ildə Avstraliyada guraqlıq gözlənilir.
7.2018-ci ildə Avropada vətəndaş müharibəsi,mitinq və iğtişaşlar baş verəcək.
8.Yaxın 10-15 il ərzində kosmosda baş verən toqquşma nəticəsində Yer kürəsində qaranlıq olacaq.
9.2019-cu ildə Yaponiyada zəlzələ nəticəsində ölkənin 30 %- i məhv olacaq.
10.2017-ci ildə Brazilyada güclü partlayışlar və kilsələrlə bağlı terror aktları gözlənilir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi