hia.az
hia.az

“Hamısı qələt edirlər, başlarını daşa döyürlər" - Müşviq Abbasov

225 dəfə baxılıb 24-01-2022, 17:40

“Hamısı qələt edirlər, başlarını daşa döyürlər" - Müşviq Abbasov

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov komandanın adının “Buta” ilə dəyişdirilməsi barədə yazılan tənqidlərə münasibət bildirib.

Müşfiq Abbasov ölkə.az-a açıqlamasında onun başçılıq etdiyi KVN komandasını tənqid edənlərə çağırış edib:

“Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.

Qeyd edək ki, M.Abbasov bundan əvvəl komandanın adının qaytarılması ilə bağlı şərt qoyduqlarını açıqlamışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi